Tələbələr arasında basketbol yarışı keçirilib


Baxıldı : 71

Tarix : 2019-12-07 16:55:43


Orta ixtisas təhsil müəssisələri tələbələri arasında XIV Respublika Spartakiadası çərçivəsində oğlanlar və qızlar arasında basketbol yarışları keçirilib. Yarışlar Bakı 2 nömrəli Baza Tibb Kollecinin idman zalında təşkil olunub. 

Oğlanlar arasında 6 komanda çempion adı uğrunda mübarizə aparıb. Yekun nəticəyə görə, ilk yeri Azərbaycan Dövlət Pedaqoji Kollecinin komandası tutub. Bakı Rabitə və Nəqliyyat Kollecinin basketbolçuları yarışı ikinci, Bakı 2 nömrəli Baza Tibb Kollecinin komandası isə üçüncü pillədə başa vurublar.

Qızların yarışında da 6 komanda iştirak edib. Qalib Bakı 2 nömrəli Baza Tibb Kollecinin komandası olub. Bakı Dövlət Sosial-İqtisad Kollecinın basketbolçuları ikinci, Azərbaycan Dövlət Pedaqoji Kollecin komandası isə üçüncü pillədə qərarlaşıblar.