Tələbələr arasında bədii yaradıcılıq festivalı


Baxıldı : 210

Tarix : 2017-04-29 00:41:16


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş  ali, orta ixtisas və ilk-peşə ixtisas təhsili müəssisələrinin tələbə və şagirdləri arasında bədii yaradıcılıq festivalının II Respublika mərhələsi üzrə seçimlər başa çatıb. Seçimlər Bakı, Lənkəran və Gəncə şəhərlərində aparılıb.

Respublika mərhələsinin nəticələri elan olunduqdan sonra qaliblərin iştirakı ilə  konset proqramı keçiriləcək. Konsertdə incəsənətin müxtəlif janrları üzrə özfəaliyyət kollektivləri, dərnək və yaradıcılıq studiyalarında fəaliyyət göstərən ifaçılar, müğənnilər, rəqqaslar, bədii qiraətçilər, musiqiçilər çıxış edəcəklər.

Seçimlər xalq artistləri, əməkdar mədəniyyət və incəsənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən aparılıb.

Müxtəlif nominasiyalar üzrə keçirilən festivalın qalibləri Təhsil Nazirliyinin və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin diplom və hədiyyələri ilə təltif olunacaqlar.

Bəyalı Rzayev