Tələbələr arasında növbəti yarışlar baş tutub


Baxıldı : 132

Tarix : 2019-06-07 11:31:30


Ali təhsil müəssisələrinin tələbələri arasında “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə keçirilən XIV Respublika Universiadası davam edir. Təqvim planına uyğun olaraq mayın 7-8-də Milli Aviasiya Akademiyasının idman kompleksində tələbələr arasında yunan-Roma və sərbəst güləş üzrə yarışlar baş tutub. 7 komandanın iştirak etdiyi yunan-Roma güləşi idman növü üzrə yarışda qalib Gəncə Dövlət Universiteti olub.  Azərbaycan  Memarlıq və İnşaat Universiteti ikinci, Sumqayıt Dövlət Universiteti isə üçüncü yeri tutub. 

Sərbəst güləş üzrə yarışda 10 komanda çempionluq uğrunda mübarizə aparıb. Bu dəfə də Gəncə Dövlət Universitetinin tələbələri bütün rəqiblərindən üstün olublar. Azərbaycan Memarlıq və İnşaat Universitetinin və Azərbaycan Tibb Universitetinin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüblər.