Tələbələr arasında növbəti yarışlar baş tutub-Stolüstü tennis


Baxıldı : 137

Tarix : 2019-06-07 11:34:34


Tələbələr arasında stolüstü tennis üzrə yarışlar Gəncə şəhər Gənclər Evində keçirilib. Mayın 11-də qadınlar arasında təşkil olunmuş stolüstü tennis üzrə yarışda  Azərbaycan Dillər Universitetinin komandası qalib olub. Gəncə Dövlət Universiteti  ikinci, Azərbaycan Tibb Universiteti isə üçüncü pillədə  qərar tutub.

Mayın 12-də baş tutan stolüstü tennis üzrə kişilər arasında yarışda  Azərbaycan Tibb Universiteti  ilk sırada  qərarlaşıb. Sonrakı yerlərə Gəncə Dövlət Universiteti və Azərbaycan Dillər Universiteti layiq görülüb.