Tələbələr arasında stolüstü tennis yarışı başa çatıb


Baxıldı : 69

Tarix : 2019-12-13 17:09:22


“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə orta-ixtisas təhsil müəssisələri tələbələri arasında XIV Respublika Spartakiadası çərçivəsində stolüstü tennis yarışı təşkil olunub.  Qızlar və oğlanlar arasında yarışlar Azərbaycan Dövlət Pedaqoji Kollecin idman zalında keçirilib.

Qızlar arasında keçirilən stolüstü tennis yarışında 6 komanda iştirak edib. Yekun nəticəyə görə, Bakı 2 nömrəli Baza Tibb Kollecinin komandası birinci olub. Azərbaycan Dövlət Pedaqoji Kolleci ikinci, Bakı İdarəetmə və Texnologiya Kolleci isə üçüncü sırada qərarlaşıb.

6 komandanın iştirakı ilə oğlanlar arasında baş tutan stolüstü tennis yarışında qalib Bakı 2 nömrəli Baza Tibb Kollecinin komandası olub. İkinci və üçüncü yerləri müvafiq olaraq Azərbaycan Dövlət Pedaqoji və Bakı İdarəetmə və Texnologiya kolleclərinin komandaları tutub.