Tələbələr arasında universiada başa çatıb


Baxıldı : 66

Tarix : 2019-11-15 18:30:52


“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələri tələbələri arasında XIV Respublika Universiadası çərçivəsində şahmat yarışı keçirilib.

Şahmat yarışı oğlanlar və qızlar arasında həmkarlar ittifaqlarının “Şahmat və Dama” İdman Klubunda təşkil olunub. 12 komandanın iştirak etdiyi turnirdə Azərbaycan Tibb Universitetinin tələbələri birinci yeri tutublar. Bakı Mühəndislik Universitetinin tələbələri ikinci, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri üçüncü yeri tutublar.

Bununla da universiada yarışları başa çatıb.

Qeyd edək ki, Təhsil, Gənclər və İdman nazirliklərinin, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı və “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə 2019-cu ilin mart-oktyabr aylarında keçirilən Universiadanın  təqvim planına idmanın 10 növü ( dama, stolüstü tennis, basketbol, voleybol, badminton, sərbəst və yunan-Roma güləşi, cüdo, atletika, şahmat) üzrə yarışlar daxil edilib.