Tələbələr arasında voleybol yarışı


Baxıldı : 197

Tarix : 2017-12-08 18:41:30


"Gənclik "Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə orta ixtisas təhsil müəssisələrinin tələbələri  arasında Spartakiada davam edir. Spartakiadanın təqvim planına uyğun olaraq Azərbaycan Dənizçilik Kollecinin idman zalında voleybol yarışı (qızlar və oğlanlar) keçirilib.

Qızların yarışında birinci yeri Azərbaycan Dövlət Pedaqoji Kollecinin kollektivi tutub. Bakı Rabitə və Nəqliyyat Kollecinin tələbələri ikinci, Bakı 2 nömrəli Baza Tibb Kollecinin yetirmələri isə üçüncü olublar.

Gərgin idman mübarizəsi şəraitində keçən oğlanların yarışında fəxri kürsünün ən yüksək pilləsinə Bakı Rabitə və Nəqliyyat Kollecinin komandası qalxıb. Gümüş medalla Azərbaycan Dənizçilik Kollecinin təmsilçiləri, bürünc mükafatla isə Bakı 2 nömrəli Baza Tibb Kollecinin tələbələri təltif olunublar.

Azər MUSTAFAYEV