Tələbələr mübarizə aparırlar


Baxıldı : 67

Tarix : 2017-11-17 21:34:29


"Gənclik" Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə orta ixtisas təhsil müəsssələrinin tələbələri  arasında  XIII Respublika Spartakiadasının təqvim planına uyğun olaraq şahmat yarışı keçirilib. Azərbaycan Dövlət Pedaqoji Kollecin idman zalında baş tutan yarışda oğlanlar və qızlar mübarizə aparıblar. 

Qızlar arasında təşkil olunan yarışın nəticəsinə görə, birinci yeri Bakı 2 Saylı Baza Tibb Kollecinin komandası tutub. Bakı İdarəetmə və Texnologiya Kolleci ikinci, Bakı Maliyyə İqtisad Kolleci isə üçüncü olub.

Oğlanlar arasında şahmat yarışının qalibi adını Azərbaycan Dövlət Pedaqoji Kolleci qazanıb. Sonrakı yerləri Azərbaycan Dənizçilik və Bakı Humanitar kolleclərinin komandaları tutublar.

 

Azər MUSTAFAYEV