Tələbələr mükafatlandırılıblar


Baxıldı : 89

Tarix : 2019-02-11 04:45:11


Azərbaycan Tibb Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə tələbələr arasında şahmat yarışı keçirilib. Yarışda 20 tələbə iştirak edib.

THİK sədri Elvin Kərimlinin bildirdiyinə görə, yarış III turda keçirilib. Fəxri kürsüdə yer alan qaliblərə - Nisə Bəhramovaya, Fərid Məmmədhüseynova (II MPF-nin tələbələri) və Toğrul Abdullayevə (I MPF-nin tələbəsi) qiymətli hədiyyələr təqdim olunub.

Azər MUSTAFAYEV