Tələbələrin nəqliyyat xərcləri ödəniləcək


Baxıldı : 129

Tarix : 2019-03-04 04:42:41


Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Daşqın Qənbərov universitetin əslən Xocalıdan olan tələbələri ilə görüş keçirib. O, Xocalı soyqırımı, onun beynəlxalq müstəvidə tanıdılması istiqamətində dövlət səviyyəsində, həmçinin Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlərin əhəmiyyətindən bəhs edib.

Daha sonra tələbələr faciə ilə bağlı valideynlərinin, qohumlarının kədərli xatirələrini bölüşüblər.

Sonda THİK Rəyasət Heyətinin əslən Xocalıdan olan tələbələrlə bağlı qərarı diqqətə çatdırılıb. Qərara əsasən tədris ilinin sonuna qədər onların universitetə gəliş - gedişilə bağlı nəqliyyat xərcləri THİK tərəfindən ödəniləcək.