Tələbələrin rəsm sərgisi


Baxıldı : 237

Tarix : 2017-12-08 19:34:40


Azərbaycan Tibb Universitetində (ATU) tələbələr arasında "İstedad sorğusunda" mövzusuna həsr olunmuş rəsm sərgisi keçirilib. Sərgidə 14 tələbə-rəssamın 86 əsəri nümayiş edilib.

Universitetin həmkarlar ittifaqi təşkilatinin sədri Cahangir Qasımov tədbirin məqsədi haqqında məlumat verib. O deyib ki, burada əsas məram yaradıcı qabiliyyəti olan istedadlı tələbələrimizi tapıb üzə çıxarmaq, onları həm ATU heyətinə, həm də ictimaiyyətə tanıtdırmaqdır : "Çünki tələbələrimiz yalnız tibb sahəsindəki bilikləri ilə kifayətlənmir. Elələri var ki, xüsusi qabiliyyətləri nəticəsində yaradıcı sahələrdə də uğur qazana bilər".

Sonra ATU-nun rektoru, professor Gəray Gəraybəyli, müəllim və pedaqoqlar, digər qonaqlar gələcək həkimlərin rəsm əsərlərindən ibarət sərgiyə tamaşa ediblər.

Tədbir Şuşa Dövlət Musiqili Dram Teatrının "Güllələnmiş heykəlin fəryadı" tamaşasının nümayişi ilə davam edib.

Bəyalı RZAYEV