Tələblərə əməl edilmir


Baxıldı : 62

Tarix : 2018-10-13 21:20:46


Yeni Zelandiya Tibb Bacıları Birliyi (YZTBB) hökumətin spirtli içkilərin üzərində sağlamlıq üçün zərərli olduğu ilə bağlı etiketlərin vurulması üçün toplantı keçirib. Toplantıda hökumətə məsələ ilə əlaqədar müraciət olunub. İştirakçılar bəzi nazirliklərin bu məsələdə spirtli içki sənayesinin mövqeyini dəstəkləyəcəyini düşünür.

YZTBB-nin müşaviri Keit Veston bildirib ki, xüsusən də hamilə qadınların bu məhsullardan istifadə zamanı sağlamlıqlarında hansı problemlər yaranacağını  bilməyi onların haqqıdır. Spirtli içkilərin bir çoxunun üzərində ya heç xəbərdarlıq etiketi yoxdur , ya da yazılar diqqəti lazımi qədər cəlb etmir. Statistik göstəricilərə əsasən,  ölkədə doğulan hər 100 uşaqdan biri  ananın hamiləlik dövründə qəbul etdiyi spirtli içkilərə görə dünyaya xəstə gəlir. Bu tip xəstəliklərin bir çoxu uşaqların inkişafına önəmli ölçüdə mane olur və ömür boyu müalicəyə ehtiyac duyulur.  Xəstəliklər  uşaqların sosial inkişafına da mənfi təsir edir. Düşünürəm ki, spirtli içki sənayesinin mülkiyyət hüquqları və qazanclarının çox olması uşaqların həyatından daha vacib deyil.  Daha öncə tütün və başqa məhsulların üzərinə tərkibi və zərərləri barədə etiketlər vurulmasına nail olmuşuq . Bununla bağlı spirtli içki şirkətlərinə xəbərdarlıq edilsə də, tələblərə əməl olunmur.  İndi isə xəbərdarlıqdan daha qəti addım atmaq lazımdır.