Tələblərin qarşılanmaması tətili labüd edir


Baxıldı : 89

Tarix : 2017-05-13 02:34:51


Böyük Britaniyada tikinti sektorunda ən böyük kran operatoru olan "HTC Volffkran"ın işçiləri tətil keçirəcəyini açıqlayıb. "Unite" həmkarlar ittifaqına üzv olan çalışanlar maaş artımı ilə bağlı razılığın əldə olunmamasını əsas götürərək hələ mart ayından xəbərdarlıq etmişdilər. İttifaqdan bildirilib ki, şirkətin təyin etdiyi əməkhaqları aşağıdır, nəzərdə tutduqları maaş planlaması isə inflyasiya  ilə uzlaşmır. Təklif olunan artım 3,5 faizdən çox deyil. Ötən il isə şirkətin mənfəəti 4,3 milyon funt-sterlinq olub. Bu qazanca qarşılıq çalışanların maaşlarının tələb olunan səviyyədə artırılmaması tətil və etirazları labüd edir. 2008-ci ildən indiyədək məvaciblər inflyasiyaya uyğunlaşdırılmadığından problemlər ortaya çıxır. Şirkətin işçisi Snein Svein bildirib ki, kranda çalışanlar stresli və çətin iş şəraitində işləyirlər: "Onların bu əməyini düzgün qiymətləndirmək lazımdır. Daha öncə də xəbərdarlıq etmişdik.  Razılaşma əldə olunmasa, tətillər başlayacaq və bu, sektorda ciddi problemlər yarada bilər. "HTC Volffkran" bizimlə danışıqlar masasına oturmalı və şərtlərimizi qəbul etməlidir".

Qeyd edək ki, tətil baş tutarsa, şirkətin fəaliyyət göstərdiyi sektorlarda ciddi axsaqlıqlar meydana gələcək və maliyyə problemi yaranacaq.

Cavid Səfərov