Tələblərinin təminatı ilə bağlı razılıq əldə edilib


Baxıldı : 85

Tarix : 2018-08-17 21:15:06


Avstraliyada “CDC” şirkətinin avtobus sürücüləri uzun müddətdir davam edən tətil və aksiyalar nəticəsində tələblərinin şirkət tərəfindən təmin olunacağı ilə bağlı razılıq əldə ediblər. Sürücülərin maaşının 4% artırılması, həmçinin 1800 ABŞ dolları dəyərində onlara birdəfəlik ödənişlər nəzərdə tutulub. Ölkənin Qeelonq və Vyndham şəhərində çalışan işçilər razılıq əldə edilmədiyi təqdirdə  nəzərdə tutulan növbəti tətilin ləğv olunduğunu bildiriblər. Şirkətin prezidenti Nikolas Yap açıqlamada əldə olunan razılıqda hökumətin mövqeyindən məmnunluğunu bildirib.

Avstraliya Nəqliyyat İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə birləşən sürücülər bir necə dəfə tətil və aksiya keçirərək istəklərinə nail ola bildilər. İttifaqdan verilən açıqlamada çalışanların təhlükəsizlik və sosial təminatını yaxşılaşdırmaq üçün  mübarizə aparıldığı deyilib. Bildirilib ki, avtobus sürücülərinin müştərilər tərəfindən təzyiqlərə məruz qalması digər narahatlıq doğuran məsələdir. Və biz bu məsələ ilə bağlı hökumət və şirkət nümayəndələri ilə danışıqlar apararaq problemin həllinə çalışacağıq.

Qeyd edək ki, İttifaq ən böyük tətili iyulun 10-da Qeelonq və Verribe şəhərləri arasındakı yolda aksiya idi. Bundan başqa, son iki ay ərzində bir neçə dəfə tətil və nümayişlər keçirilib.