Təlimlər üç bölmədə aparıldı


Baxıldı : 26

Tarix : 2017-12-01 22:10:34


Noyabrın 13-də neft və qaz sənayesi müəssisələrinin ilk həmkarlar ittifaqı komitələrinin sədrləri üçün kurslar təşkil olunmuşdu. 22 nəfər dinləyicinin cəlb olunduğu kurslarda təlimlər işçilərin hüquqlarının müdafiəsinə dair qanunvericilik aktları ilə tanışlıq, həmkarlar ittifaqları hərəkatının inkişafı, sosial problemlərin həlli yolları, menecment və həmkarlar ittifaqı işində davranış adlanan bölmələrdə aparılmışdır.

Bölmələrdə "Həmkarlar ittifaqı işində menecmentin əsasları", "Həmkarlar ittifaqının fəaliyyəti sosial idarəetmə  obyekti kimi", "Həmkarlar ittifaqı rəhbərinin keyfiyyətləri", "Təşkilati, sosial və şəxslərarası münaqişələrin idarə edilməsi", "Auditoriya həyəcanının aradan qaldırılması və natiqlik bacarığı", "İnformasiya işi", "Stressin idarə olunması", "Dinləmə və izahetmə bacarıqları", "Azərbaycan həmkarlar ittifaqlarının struktur modernləşməsi: reallıq, ehtiyac və yeni yanaşmalar" mövzularında mühazirələr dinlənilmişdir.

"İcbari tibbi sığorta" haqqında qanun: izahlar və şərhlər "Əməyin mühafizəsi haqqında qanunvericilik", "Azərbaycan Respublikasının vergi qanunvericiliyi: dəyişikliklər, yeniliklər, əlavələr", "Nağdsız hesablaşmalar haqqında", “Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2016-cı il tarixli Fərmanının icrası barədə tədbirlər", "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikası qanunu haqqında", "Miqrasiya haqqlnda qanunvericilik: dəyişikliklər, əlavələr, yeniliklər" "Əmək Məcəlləsi: yeniliklər, dəyişikliklər, əlavələr" mövzularında mühazirələr iştirakçıların hüquqi bilikləri artırmaq üçün nəzərdə tutulmuşdu.

İlk təşkilat sədrlərinin eyni zamanda mühazirəçi olduqlarını nəzərə alaraq proqrama "Pedaqoji proses, onun strukturu, forma və texnologiyası", "Yaşlıların təhsilinin psixoloji xüsusiyyətləri", "Müəllim şəxsiyyəti: tələblər, özünüinkişaf", "Fəal təlim - innovativ təhsil texnologiyası" mövzuları daxil edilmişdi.

Kurs məşğələlərində Vergilər Nazirliyinin Psixologiya və Kommunikasiya Mərkəzinin, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının və "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin mütəxəssisləri mühazirələr oxudular.