Tərəflər arasında razılaşma əldə olunsa da


Baxıldı : 67

Tarix : 2018-04-14 01:15:25


İsveçrənin Cenevrə şəhərində 30 beynəlxalq mədən şirkətinin “Məsuliyyətli Mədənçilik İndeksi 2018” mədənlərdə əmək şəraiti, ekoloji, iqtisadi, sosial və idarəetmə ilə bağlı sıralanması açıqlanıb.

İndustriALL Qlobal İttifaqı baş katibinin köməkçisi Kamal Özkan “Bu sıralamada qazanan yoxdur, lakin itirən məlumdur - işçilər”, - deyə öz fikrini bildirib. O qeyd edib ki, şirkətlərlə razılaşmalar əldə olunsa da, bu əməldə hiss olunmur: “Bununla belə əmək şəraitinin yaxşılaşdırılması, işəgötürən qurumlarla həmkarlar ittifaqı təşkilatı arasında dialoqun təşviqi üçün “Məsuliyyətli Mədənçilik İndeksi 2018”in önəmi böyükdür”.

Müstəqil şəkildə hazırlanan indeks mədənçilik şirkətlərini 6 tematik sahə üzrə sıralayır;

- iş şəraiti;

- iqtisadi inkişaf;

- işgüzar davranış;

- idarəetmə;

- sosial rifah;

- ekoloji məsuliyyət.

İndustriALL-a bağlı olan Avstriyanın  CFUMEU həmkarlar ittifaqının araşdırma üzrə direktoru Peter Kolley deyib ki, indeksdə şirkətlərin müvafiq qurumlarla razılaşdığı öhdəliklərə nə dərəcədə əməl etdiyi araşdırılaraq qeyd edilib. Siyahıda qeyd olunan şirkətlərin bir çoxunun yuxarıda qeyd olunan 6 bənd üzrə əməli tədbirlərdə çatışmazlıq olduğu göstərilib.

İndustriALL-ın  Mədən Sənayesı üzrə nümayəndəsi Qlen Mpufane məsələ ilə bağlı bildirib ki, mədən sənayesində çalışanların hüquqlarının müdafiəsi və əmək şəraitinin yaxşılaşdırılması ilə bağlı  şirkətlərlə razılaşmalar əldə etsək də, indeksdəki nəticələr bu yöndə irəliləyişin az olduğunu göstərir.

“Məsuliyyətli Mədənçilik İndeksi 2018” 30 mədən şirkətini əhatə edir ki, dünyada sektor üzrə istehsalın 25 faizi bu qurumların payına düşür. Qeyd olunan 30 şirkət 40 ölkədə fəaliyyət göstərir.

Cavid SƏFƏROV