Tərsanənin fəaliyyəti ölkənin gələcəyinə yatırımdır


Baxıldı : 99

Tarix : 2019-08-09 17:39:51


Şimali İrlandiyada Wolffda yerləşən gəmi tərsanəsinin maddi problemlər səbəbi ilə bağlanma qərarının alınması çalışanlar tərəfindən etirazla qarşılanıb.  İngiltərənin ən böyük həmkarlar ittifaqı təşkilatı olan “Unite” və GMB həmkarlar ittifaqı təşkilatlarının üzvləri olan 130 çalışan tərsanənin həyətində aksiya keçirərək 158 illik fabrikin bağlanmaması üçün hökumətə müraciət edib. Norveçin  “Dolphin Drilling” şirkətinə məxsus olan tərsanə maliyyə problemlərinə görə ötən ilin dekabrından satışa çıxarılsa da, alıcı olmayıb. Avqustun 6-da rəhbərlik işçilərə tərsanənin bağlanacağını açıqlayıb.  Çalışanlar və həmkarlar ittifaqı təşkilatları hökumətdən tərsanəninin milliləşdirilməsini istəyiblər. Müraciətdə bildirilib ki, Wolffda gəmi tərsanəsi  Belfast gəmi tikintisi və təmiri sənayesinin  158 illik  bir parçasıdır, “Titanic” və bir çox məşhur gəmi burada hazırlanıb. 2003-cü ildən bu yana isə tərsanə istehsalı dayandıraraq gəmilərin və neft qurğularının təmiri ilə məşğul olur. Zavod həmçinin dənizlərdə qurulan külək enerjisi qurğularının da istehsalçısıdır.

“Unite” Həmkarlar İttifaqının nümayəndəsi  Suzan Fitzgerald məsələ ilə bağlı bildirib ki, hökumət ideoloji baxışı bir kənara qoyaraq fabriki milliləşdirməlidir. Tərsanənin fəaliyyəti Şimali İrlandiyanın gələcəyinə yatırımdır.

GMB-nin nümayəndəsi Maykl Mulholland deyib ki, üzvlərimiz artıq 2 gündür etirazları davam etdirirlər. Zavodun fəaliyyətinin dayandırılması Belfastın gəmiqayırma sənayesində mövqeyinə ziyan vuracaq. Bu, eyni zamanda yüzlərlə çalışanın işini itirməsi deməkdir.

İndustriALL Qlobal İttifaqının gəmi təmiri üzrə direktoru Kan Matsuzaki məsələyə münasibət bildirib. O deyib ki, Wolff tərsanəsi Belfast sənaye irsinin bir parçasıdır. Hökumət tükənməz enerji mənbələrinə ehtiyacı nəzərə alaraq  fabrikin bağlanmaması üçün təcili addımlar atmalıdır.