Təşkilatın sıraları genişlənir


Baxıldı : 77

Tarix : 2017-08-25 23:24:59


May və iyun aylarında AMEA-nın Mərkəzi Elmi Kitabxanasnın, Hüquq və İnsan Haqları, Tarix, Fiziologiya, Fəlsəfə, Şərqşünaslıq, Folklor, İqtisadiyyat və  Radiasiya Problemləri institutlarının  ilk həmkarlar ittifaqı komitələrinin 2012-2017-ci illər üzrə hesabat-seçki yığıncaqları keçirilmişdir. Bundan əlavə, iyul ayında  AMEA-nın əsas binasında fəaliyyət göstərən yeməkxanada,  Neft və Qaz, Elm Tarixi, Molekulyar Biologiya və Biotexnologiyalar və Qafqazşünaslıq institutlarında ilk həmkarlar ittifaqı təşkilatıları təsis edilmişdir.

Hesabat - seçki yığıncaqlarında və yeni yaradılan ilk təşkilatların təsis konfranlarında Azad Həmkarlar İttifaqının məsul işçiləri iştirak etmişlər.