Tətilə digər sektorlardan da dəstək verilib


Baxıldı : 74

Tarix : 2018-04-07 00:46:59


Argentina təhsil işçiləri maaş azlığı və ixtisarlara qarşı etiraz aksiyası keçiriblər. Paytaxt Buenos-Ayresdə 40-a yaxın küçədə nəqliyyatın hərəkəti dayandırılıb. Metro və digər sosial qurumlarda çalışanlar da ixtisar siyasətinə etiraz üçün tətil keçirməyi planlaşdırır.

Ölkənin Təhsil İşçiləri Həmkarlar İttifaqı lideri Eduardo Lopez fevralın 21-dən davam edən tətil kampaniyasına 400 minə yaxın işçinin qatıldığını bildirib. O deyib ki, biz ilk növbədə maaşların 24 faiz artırılmasını tələb edirik,  2-ci istəyimiz son iki ildə ixtisar olunan təhsil işçilərinin yenidən işə bərpasıdır. Daha öncə bir sıra bölgələrdə keçirilən tətillərdə uğurlar əldə olunsa da, əsas məqsəd Buenos-Ayresdə çalışan müəllimlərin əməkhaqqının artırılmasına nail olmaqdır. Əgər maaşlar 24 faiz artırılarsa, bu rəqəm inflyasiyaya uyğunlaşmış olar.

Metropoliten İşçiləri  Birliyi hökumətin  bir sıra  qurumlarda həmkarlar ittifaqı təşkilatının fəaliyyətinə imkan yaratmamasına görə tətil keçirəcək. Onlar bildiriblər ki, təşkilat güclü aksiyalarda iştirak etmək istəmir, lakin üzvlərinin hüquqlarının müdafiəsi üçün fəaliyyət göstərməsi vacibdir.

Materialları hazırladı:

Cavid SƏFƏROV