“Texnoloji yeniliklər məşğulluq problemini ortaya çıxarır"


Baxıldı : 66

Tarix : 2017-09-29 23:46:13


Böyük Yeddilik ölkələrinin əmək nazirləri 29 sentyabr-1 oktyabr tarixlərində İtaliyanın Turin şəhərində bir araya gələcək. Toplantının əsas mövzusu təbəqələşmənin dərinləşməsidir. 

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) məsələ ilə bağlı verdiyi statistik göstəricilərdə insanların 74 faizinin iqtisadi təbəqələşmədən, 73 faizinin isə işini itirməkdən dərin narahatlıq keçirdiyi açıqlanıb.  Məsələyə münasibət bildirən BHİK-in baş katibi Şaran Barrou deyib ki, qlobal şirkətlər iqtisadi qanunların tənzimlənməsi, sistemin öz lehinə çevrilməsi işini çox yaxşı bilir: "Texnoloji irəliləyişlər cəmiyyətə daha çox fayda vermək imkanına sahib olsa da, keyfiyyətdə ciddi problemlər ortaya çıxır. Biz texnoloji imkanların iş sistemində də tətbiqinin tərəfdarıyq. Cəmiyyətdə də bunun işləri necə asanlaşdırdığı fikrini qəbul edirlər. İnsanlar texnologiyanın yeni-yeni fürsətlər təqdim etdiyini düşünür, lakin bu özü ilə daha böyük məşğulluq problemini də ortaya atır ki, məsələdə hökumətin də mövqeyi vacibdir".

Toplantıda həmkarlar ittifaqlarının ölkədə çalışanların hüquqlarının qorunması və ekonomik qazancın adil bir şəkildə paylanmasının təşkili prosesində iştirakı qərara alınıb.  Həmkarlar ittifaqı təşkilatları 7 böyük ölkənin əmək nazirlərinə aşağıdakı tələbləri irəli sürüb:

-İşçilərin keçid prinsiplərinin təsdiqlənməsi;

-Avtomatlaşdırma və rəqəmsallaşdırmanın təsiri ilə sosial dialoqa cəlb;

-Rəqəmsal iqtisadiyyat və xüsusilə platforma iqtisadiyyatı üzrə əməkhaqqı və onun bərabərliyi, kollektiv birləşmə, layiqli əməkhaqqı, sosial iş yerlərinin yaradılması;

-İş yerlərinin yaradılmasına dəstək;

-Qeyri-rəsmi işin formallaşdırılması ilə qadın və gənclərin əmək bazarında iştirakına nail olmaq;

-Keyfiyyətli təlim sistemini təşviq etmək və zəmanət vermək.

Cavid SƏFƏROV