Tibb işçilərinin təhlükəsizliyi - pasiyentlərin təhlükəsizliyinin təmin edilməsində prioritet vəzifədir


Baxıldı : 77

Tarix : 2020-09-11 16:21:19


Sentyabrın 17-də bütün dünyada Dünya Pasiyentlərin Təhlükəsizliyi Günü qeyd ediləcək. Dünya ictimaiyyətinin diqqətini daha bir ciddi problemə cəlb etmək üçün bu dəfə qlobal kampaniya “Səhiyyə işçilərinin təhlükəsizliyi pasiyentlərin təhlükəsizliyinin təmin edilməsində prioritetdir” adı altında keçiriləcək.  COVID-19 pandemiyasına qarşı mübarizədə bu məsələ bir daha aktuallığı ilə fərqləndi.

Pandemiya ilə mübarizədə şücaət göstərən səhiyyə işçilərinin indi alqışlardan daha çox təhlükəsizliyinin və rifahının təmin edilməsi  bir prioritet olmalıdır.

Hər bir işçinin təhlükəsizliyi və sağlamlığı əmək hüququ kimi təmin edilməlidir. Səhiyyə sektorunda bu, çox vacibdir, çünki tibb işçilərinin təhlükəsizliyi pasiyentlərin (xəstələrin) təhlükəsizliyini təmin etmək üçün əhəmiyyətlidir. Beləliklə, bu, bütövlükdə cəmiyyətin rifahına əhəmiyyətli dərəcədə töhfə verir.

“İctimai Xidmət İnternasionalı”  və onun üzv təşkilatları həm işçilərin, həm də pasiyentlərin mənafeyi naminə səhiyyə işçilərinin təhlükəsizliyini həmişə müdafiə edib. 2016-cı ildə “Sağlamlıq hüququ” adlı qlobal kampaniyaya başlanıldığı zaman “İctimai Xidmət İnternasionalı”  tibb müəssisələrində əmək şəraitinin yaxşılaşdırılmasını tələb edəndə ilk növbədə pasiyentlərin səmərəli, təhlükəsiz və keyfiyyətli yardım hüququna tərəfdar olduğunu vurğulayıb.

Səhiyyə sahəsində qlobal fövqəladə vəziyyət tibb işçilərinin təhlükəsizliyi və pasiyentlərin təhlükəsizliyi arasında əlaqəni aydın şəkildə üzə çıxardı. Bundan sonra mart ayında “İctimai Xidmət İnternasionalı”  “Təhlükəsizlik işçiləri həyatı xilas edirlər” adlı kampaniyaya başlamışdır. Bu, hökumətlərin yaranmış vəziyyətdən çıxmaq üçün tədbirlər görməsinə səbəb oldu.

Səhiyyə işçilərinin təhlükəsizliyinə üstünlük verilməsi etibarlı və səmərəli işçi heyətinin təmin edilməsindən başlanmalıdır. Dünya Səhiyyə Assambleyasının 70-ci sessiyası qeyd etmişdir ki, əgər indi qəti tədbirlər görülməsə, 2030-cu ilə qədər tibb işçilərinin çatışmazlığı 18 milyon nəfər olacaqdır. Kadr çatışmazlığı tibb işçilərinin tükənməsinə gətirib çıxarır ki, bu da xəstələrin təhlükəsizliyinə mənfi təsir göstərir. Bütün dünyada hökumətlərin tibb işçilərinin hazırlanmasına və işə götürülməsinə çox böyük miqdarda vəsait ayırmasının vaxtı çatıbdır.

Səhiyyə sektorunda layiqli əmək birmənalı vacibdir. Bunun üçün müvafiq fərdi mühafizə vasitələri və iş yerlərində digər təhlükəsizlik tədbirləri tələb olunur. Bütün bu kimi məsələlərin həlli üçün hökumətlər, menecmentlər və işçilərin həmkarlar ittifaqları arasında razılaşdırılmış sosial dialoq lazımdır.

“İctimai Xidmət İnternasionalı”  və onun üzv təşkilatları dünya pasiyentlərinin  təhlükəsizliyi gününün təşviqinə başlamış, tibb işçilərinin təhlükəsizliyi ilə bağlı icmalara, pasiyent forumlarına və vətəndaş cəmiyyətinə müraciət etmişdir.

Səhiyyə və sosial sektorun üzvü olan təşkilatlara müraciət edilərək sentyabrın 17-də tibb işçilərinin təhlükəsizliyinin vacibliyini vurğulamaq üçün aksiya keçirmək təklif olunub.