Tibb sektoruna maliyyə ayrılması ilə bağlı verilən vədə əməl olunmalıdır


Baxıldı : 80

Tarix : 2019-09-20 19:00:58


Latviya Tibb İşçiləri Həmkarlar İttifaqının katibi Valdis Keris hökumətin 2020-ci ildə  tibb işçilərinin maaşlarının artırılması üçün nəzərdə tutulan 120 milyon avronu ayırmamasına etirazını bildirib. O qeyd edib ki, tibb sektorunda ixtisarlar və xəstəxanaların kadr çatışmazlığı böyük problemdir: “Avropa Birliyi ölkələrin tibbi kadr statistikası nəzərə alındıqda ölkədə 700 həkim və 7000 tibb bacısının çatışmazlığı  görünür . Bu statistika il ərzində 7500 önlənə biləcək ölümün gerçəkləşməsinə gətirib çıxarır. Belə halda həkimlərin dövlətə, vətəndaşların isə tibb sektoruna etimadı azalır. Hökumətin daha öncə tibb sektoruna maliyyə ayrılması ilə bağlı verdiyi vədə əməl etməsi tələb olunur. Bu təkcə bizim deyil, əhalinin də istəyidir. Aparılan sorğuya görə əhalinin 70 faizi dərman preparatlarına və tibb sektorunun inkişafına maliyyə ayrılmasını istəyir. Buna görə də Latviya hökuməti təkcə beynəlxalq təşkilatların deyil, ölkə əhalisinin də tələbinə biganə yanaşır. İttifaq millət vəkillərinə də çalışanların maaşının 20 faiz artırılması ilə bağlı öz tələbini bildirib”.

Cavid SƏFƏROV