Tonqal ətrafında şənlik


Baxıldı : 272

Tarix : 2016-03-17 11:25:00


Baharın gəlişi münasibətilə Bakı Qida Sənayesi Kollecində bayram tədbiri keçirilib. Tədbiri kollecin direktoru Anar Manafov açıb. O, müəllim və tələbələri ilaxır çərşənbə və Novruz bayramı münasibətilə təbrik edib. Onlara işlərində uğurlar, təhsildə müvəffəqiyyətlər arzulayıb. Sonra isə kollecin idman meydançasında qurulan tonqal yandırılıb. Tədbir konsert proqramı ilə davam edib. Təhsil alan gənclərin Respublika bədii-yaradıcılıq evinin \ Sevinc\ rəqs klubunun, həmçinin kollecin tələbələrindən ibarət rəqs qruplarının ifasında mahnılar səsləndirilib, müxtəlif səhnəciklər nümayiş olunub. Tədbirdə həmçinin tələbələrin hazırladıqları bayram süfrəsinə də baxış keçirilib. Münsiflər heyətinin qərarı ilə kollecin qalib komandaları mükafatlandırılıb. Tələbələr bolluq, bərəkət, sülh, yeni gözəl günlərin rəmzi olan yazın gəlişinin əsl mahiyyətini bütün çalarları ilə nümayiş etdirməyə çalışıblar. Azər MUSTAFAYEV