Torpaqlarımız əsarətdən azad olunacaq


Baxıldı : 46

Tarix : 2020-10-17 14:23:50



Oktyabrın 7, 12, 13-də təşkilatımızın xidmətinə daxil olan idarə və müəssisələrdə çalışan, hazırda övladları Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən ittifaq üzvləri ilə görüşlər keçirmişik. Görüşlərdə bildirilmişdir ki, bu gün əsgər və zabitlərimiz Vətən uğrunda, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda vuruşurlar. Bu gün övladlarını milli və vətənpərvərlik ruhunda böyüdən və döyüş bölgələrinə göndərən valideynlər ən böyük ehtirama layiqdirlər.
Görüşlərdə iştirak edənlər rəşadətli Azərbaycan Ordusunun Respublika Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı düşmən əsarətindən azad edəcəyinə tam əmin olduqlarını, Azərbaycan xalqının hər şey vətən üçün, hər şey cəbhə üçün deyərək çalışdığını bildirmişlər.
Sonda görüş iştirakçılarına sahə Hİ Rayon Komitəsi tərəfindən yardımlar edilmişdir.

İsgəndər QURBANOV,
Mədəniyyət İşçiləri Həmkarlar 
İttifaqı Qazax Rayon 
Komitəsinin sədri