Total\ da işçilərin hüquqlarının qorunmasında yeni mərhələ


Baxıldı : 239

Tarix : 2015-01-31 05:00:00


Yanvarın 22-də İndustriALL Qlobal İttifaqi və Fransanın nəhəng neft-qaz şirkəti \ Total\ arasında tarixi saziş imzalanıb. Sənəd şirkətin dünyanın bir çox ölkəsində istehsalat sahəsində işləyən işçilərinin hüquqlarının qorunmasına təminat verir.Müqaviləyə əsasən, 130 ölkədə 100 mindən artıq insanın çalışdığı \ Total\ aşağıdakı müddəaların yerinə yetirilməsini öhdəliyinə götürür:o İşçilərin həmkarlar ittifaqları yaratmaq hüququnun tanınmasını;o Həmkarlar ittifaqlarının daxili işlərinə müdaxilə edilməməsi və işçilərin bu sahədə fəaliyyətinə qarşı diskriminasiyaya yol verilməməsini;o İşçilərlə sosial dialoqu təşviq etmək üçün bütün zəruri tədbirlərin həyata keçirilməsini;o Podratçı və təchizatçı şirkətlər tərəfindən muzdlu işə götürülmüş işçilərin təhlükəsizliyi və sağlamlığının nəzərə alınmasını;o İfadə azadlığı hüququna hörmət edilməsini və öz fikirlərini ifadə edən şəxsin mühakimə olunmamasını;o Analıq məzuniyyətində olmanın əməkhaqqına və karyera artımına təsir etməməsini;o Bütün işçilərin həyat sığortasının təmin edilməsini.Bununla yanaşı, \ Total\ sazişə onunla əməkdaşlıq edən podratçı şirkətlərin də əməl edəcəklərinə razılıq verib, əks halda onların xidmətlərindən imtina edəcəyini bildirib.İndustriALL Qlobal İttifaqının baş katibi Yurki Rayna deyib: \ Biz işçilərin hüquqlarının qorunması sahəsində və iş şəraitinin yaxşılaşdırılması yönümündə \ Total\ ın cəhdlərini yüksək qiymətləndiririk. İmzalanan müqavilə şirkətin bütün istehsalat obyektlərində həmkarlar ittifaqının yaranmasını və hüquqlarının qorunmasını ehtiva edir. Bununla \ Total\ işçilərin hüquqlarının qorunmasında yeni mərhələnin başlandığını bildirib\ .Öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə hər il \ Total\ , İndustriALL və üzv həmkarlar ittifaqı təşkilatlarının nümayəndələrinin daxil olduğu idarə heyətinin iclası keçiriləcək.\ Total\ ın baş icraçı direktoru Patrik Puyanne deyib ki, mən imzalanmış müqaviləyə görə şadam və ümid edirəm ki, bu, keyfiyyətli sosial dialoqun qurulmasında və işçilərin sığorta təminatı yolunda mühüm addım olacaq.Sazişdə BMT tərəfindən qəbul edilmiş insan hüquqları aspektində sahibkarlıq fəaliyyətinin əsas prinsipləri, eləcə də BƏT-in birləşmə azadlığı, əməyin ödənilməsində bərabərlik, diskriminasiyanın və uşaq əməyinin aradan qaldırılması haqqında fundamental konvensiyaları nəzərə alınıb.BƏT-in baş katibi Qay Rayder də sazişi yüksək qiymətləndirib və qeyd edib ki, bununla \ Total\ layiqli əmək prinsiplərinin təbliğində və işçilərin xeyrinə əmək şəraitinin dəyişdirilməsində vacib rol oynayacaq. Elçin ZAKİRİ