Treyninq-debat keçirilib


Baxıldı : 183

Tarix : 2016-09-09 11:52:00


İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında \ Kiçik sahibkarlıq subyektlərində könüllü vergi ödəmənin əhəmiyyəti\ üzrə treyninq-debat keçirib.Birliyin sədri, layihənin koordinatoru Ruslan Atakişiyev tədbir iştirakçılarına layihənin həyata keçirilməsində başlıca məqsədin kiçik sahibkarlıq subyektlərinə vergi ödəmənin əhəmiyyətini aşılamaqla onlarda könüllü ödəməyə meyilin artırılmasına sövq etmək olduğunu vurğulayıb. Sonra Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Vergi Ödəyicilərinə Xidmət və Uçot İdarəsinin baş dövlət vergi müfəttişi, 1-ci dərəcəli müfəttiş İlkin Dövlətov çıxış edərək verginin hər bir dövlətin iqtisadiyyatındakı müsbət rolundan danışıb. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) baş katib əvəzi Faiq Səmədov son dövrlər ölkəmizdə həyata keçirilən vergi islahatlarında sahibkarların rolundan bəhs edib. Firma rəhbərlərinin, mühasiblərin, fiziki şəxslərin iştirak etdiyi tədbirdə Birliyin eksperti, vergi mütəxəssisi Radil Fətullayev \ kiçik sahibkarlıq subyektlərində vergi siyasəti\ və \ Qanunvericiliyə riayət və son düzəlişlər\ mövzularında treyninq keçib.AZƏR