İttifaq üzvlərinin hüquqları qorunur


Baxıldı : 170

Tarix : 2016-10-28 02:41:00


Mədəniyyət işçiləri həmkarlar ittifaqının ilk təşkilatlarında hesabat-seçkilərin keçirilməsinə başlanılıb. Respublika Komitəsi Rəyasət Heyətinin may ayında qəbul etdiyi qərara əsasən, dekabr ayına qədər seçkilər başa çatmalıdır. İlk olaraq seçkilərə Qazax rayon komitəsinin təşkilatları başlamışdır. Rayon Mədəniyyət Mərkəzində Mədəniyyət və Turizm Şöbəsi Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yığıncağı keçirilmişdir. Yığıncaqda şöbənin həmkarlar ittifaqı komitəsinin sədri Nailə Əliyevanın hesabatı dinlənilmişdir. Hesabat məruzəsində 250 nəfər ittifaq üzvünü özündə birləşdirən həmkarlar ittifaqı təşkilatının son illərdə öz işini günün tələbləri səviyyəsində qurmağa, təşkilatın nüfuzunu qaldırmağa çalışması qeyd edilmişdir. Həmkarlar ittifaqı komitəsi müdiriyyətlə kollektiv müqavilə bağlamış, işçilərə qayğı və diqqəti yüksəltmiş, onların sağlamlığının qorunmasına, əməyin mühafizəsi normalarına ciddi əməl edilmişdir. Təşkilat üzvləri arasında qadınlar əksəriyyət təşkil edir. Buna görə də gender bərabərliyi problemlərinin həllinə diqqət artırılmışdır. Gənclərlə aparılan işlərin də keyfiyyəti yüksəlmiş, onlar həmkarlar ittifaqının seçkili orqanlarına cəlb edilmişlər. Qeyd olunmuşdur ki, rayon komitəsi keçirilən tədbirlərdə hər zaman ilk təşkilatlarla bir yerdə olmuş, dəstək və köməkliyini əsirgəməmişdir. Hesabat ətrafında MİHİ rayon komitəsinin sədri İsgəndər Qurbanov, Mədəniyyət və Turizim Şöbəsinin müdiri Valeh Vəliyev və başqaları çıxış etmişlər. N.Əliyeva yenidən Qazax Rayon Mədəniyyət və Turizm Şöbəsi Həmkarlar İttifaqı Komitəsinin sədri seçilmişdir. Qazax Dövlət Dram Teatrı, Avey\ Dövlət Tarix- Mədəniyyət Qoruğu, Gənclər və İdman İdarəsinin ilk təşkilatlarında da hesabat-seçkilər keçirmişdir.Tədbirdə təşkilati məsələyə baxılmışdır.Əhəd İBADOV