"Türkologiya" jurnalının təqdimatı olub


Baxıldı : 339

Tarix : 2017-12-27 18:53:15


Bakı Mühəndislik Universitetində (BMU) "Türkologiya" jurnalı təqdim olunub. Təqdimat Azərbaycan Milli Elmlər Akademiyası, universitetin Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə BMU-nun professor-müəllim heyəti iştirak edib.

Jurnalın redaksiya heyətinin şöbə müdiri Elçin İbrahimov mətbu orqanın fəaliyyəti haqqında məlumat verib, professorlar Akif Hüseynli və Minəxanım Nuriyeva türkologiya elmi haqqında söz açıblar.

Sonda tələbələrə "Türkologiya" jurnalının üzvlük vəsiqələri təqdim olunub.