Turizmin inkişafınatöhfə verəcək addım


Baxıldı : 177

Tarix : 2016-07-15 10:02:00


Azərbaycanda turizmin inkişafına töhfə verəcək daha bir addım atılıb. Belə ki, Prezident İlham Əliyev tərəfindən \ Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında\ Qanun imzalanaraq qüvvəyə minib. Bu qanun əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanda alınan, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilən ƏDV-nin ölkədən çıxarkən qaytarılmasını təsbit edir.Məsələyə münasibət bildirən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının qənaətinə görə, \ Tax Free\ sisteminin tətbiqi Azərbaycanda turizmin inkişafı məqsədilə beynəlxalq təcrübədə özünü sübut edən daha bir mexanizmdir: \ Ölkəyə beynəlxalq və regional turist axını, turizm və pərakəndə ticarət sektoruna dəstək göstərilməsi, yerli istehsalın stimullaşdırılması və bu sahələrdə əhalinin məşğulluğunun artırılması baxımından mühüm əhəmiyyət kəsb edən bu sistemin beynəlxalq təcrübədə tətbiqi təhlil edilib. Təhlil nəticəsində müəyyən edilib ki, Avropa Birliyinə üzv dövlətlər, \ Böyük İyirmilik\ ölkələrinin 70 faizi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı üzvlərinin 90 faizi, region ölkələrindən isə Türkiyə və Gürcüstan \ Tax Free\ sistemini tətbiq edirlər. Bu sistemə görə xarici turistlərin ölkə ərazisində alınmış mallara görə ödədikləri istehlak vergiləri (Azərbaycanda əlavə dəyər vergisi) həmin mallar ölkə ərazisindən ixrac edilərkən onlara geri qaytarılır. Təhlil göstərir ki, ƏDV üzrə büdcə daxilolmalarında müşahidə olunacaq azalma, sistemin uğurlu tətbiqi nəticəsində artan pərakəndə ticarət dövriyyəsi üzrə vergitutma bazasının genişlənməsi hesabına qısa müddət ərzində kompensasiya olunacaq. Azərbaycanda manatın devalvasiyası, \ Tax Free\ sisteminin tətbiqi ilə qiymətlərin xarici turistlər üçün daha da azalması turizm sektoruna əlavə dəstək verəcək. \ Tax Free\ turizmlə bağlı olan nəqliyyat, logistika, otel, əyləncə, ərzaq, içkilər, kənd təsərrüfatı və turistlər üçün cəlbedici olacaq - xalça, suvenir və geyim əşyaları kimi istehlak malları sektorlarının stimullaşdırılması deməkdir. Ümumiyyətlə, qlobal trendlər onu göstərir ki, turizmin iqtisadiyyata verəcəyi töfhələr arasında alış-veriş həcmi getdikcə öz əhəmiyyətini artıracaqdır. Bu mənada ölkəmizdə \ Tax Free\ nin tətbiqi qlobal trendlərə uyğun olmaqla Azərbaycanda turizm sektoru üzərindən yeni iş yerlərinin açılması, gəlirlərin artması, kapital qoyuluşu və vergi bazasının genişlənməsi kimi məsələlərə xidmət edəcək\ .Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi Rəhman Səfərov isə o qənaətdədir ki, \ Tax Free\ ilə bağlı qərar turizm sektorunun inkişafına təkan verəcək: \ Təcrübə göstərir ki, Türkiyə 20, İspaniya 40, Fransa 30 il əvvəl turizm sahəsində bu formada müxtəlif güzəştlər edərək bu sektorun inkişafına nail olub. \ Tax Free\ sisteminin tətbiqi 10-20 faiz arasında turistlərin seçiminə öz təsirini göstərir. Bu sistemin tətbiqi ölkə seçimində müəyyən bir üstünlük yaradır. Amma sistemin tətbiqinin turist üçün önəmli olması ölkələrə görə dəyişir. Bəzi ölkələrdən gələnlər üçün \ Tax Free\ vacibdir, bəziləri üçün önəmli deyil. Amma ümumilikdə hər 5 turistdən 1-i üçün \ Tax Free\ maraqlı olur. Səfər edəcəkləri ölkələrdə bu sistemin olmasına diqqət edirlər. Amma 10-20 faiz elə də kiçik rəqəm deyil. Viza rejimindəki dəyişiklik qədər effektiv olmasa da, bu sistemin tətbiqi ölkə turizminə öz töhfəsini verəcək\ .Xalid AZƏR