Türkiyə Cümhuriyyətinin 95 illiyi


Baxıldı : 30

Tarix : 2018-11-03 05:01:28


Oktyabrın 29-da “Bulvar  Otel”də Türkiyə Cümhuriyyətinin 95 illiyi ilə bağlı tədbir keçirilmişdir.

Qonaqları  Türkiyənin  Azərbaycandaki  səfiri  Erkan Özoral qarşıladı.

Azərbaycan Respublikasının  və Türkiyə Cümhuriyyətinin himnləri çalındı. Azərbacan Respublikasının Baş Naziri Novruz Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbrikini tədbir iştirakçılarına çatdırdı. 

“Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti  Xəyyam  Nəsibov da tədbirdə iştirak edirdi. O, Türkiyə xalqını və səfirliyin əməkdaşlarını Federasiyanın prezidenti  İlyas Əliyevin adından təbrik etdi.

Bütün sahələrdə  olduğu  kimi, Türkiyə sendikaları və Azərbaycan həmkarlar ittifaqları arasında da işbirliyi və əməkdaşlığın gələcək perspektivləri haqqında səfirin müşaviri Cem Sunuç ilə fikir mübadilələri apardı.