Turnir başa çatıb


Baxıldı : 250

Tarix : 2015-12-19 04:42:00


Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə fakültələrarası şahmat turniri keçirilib. Final mərhələsinə vəsiqə qazanan komandalar yarışın qalibi adı uğrunda mübarizə aparıb. Şahmat turnirinin yekun nəticəsinə görə, texnologiya və dizayn fakültəsi birinci yeri tutub. Beynəlxalq iqtisadi münasibətlər fakültəsi ikinci sırada qərarlaşıb. \ Sabah\ isə üçüncülüyü özünə təmin edib.Qalib gələn komandalara diplom və hədiyyələr təqdim olunub.AZƏR