Turnirdə ikinci  yeri tutub


Baxıldı : 49

Tarix : 2018-07-16 06:37:44


Türkiyənin İstanbul şəhərində sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclər arasında “Çempionlar” beynəlxalq turniri keçirilib. 21-ci dəfə baş tutan turnirdə iştirak edən güləşçilərimiz ümumilikdə 1 qızıl, 3 gümüş və 7 bürünc medal qazanıblar.

Böyük məşqçi Saypulla Absaidov və məşqçi Nazim Əlicanovun rəhbərliyi altında turnirdə iştirak edən sərbəst güləşçilərimiz 2 gümüş və 5 bürünc medala yiyələnib. Gümüş medalı qazanan idmançılardan biri də “Zenit” İdman Cəmiyyətinin yetirməsi Əliabbas Rzazadə olub. Cəmiyyətin güləşçisi 57 kq. çəki dərəcəsində mübarizəyə qoşulub. Yalnız final görüşündə məğlub olub və ikinci yeri tutub. Məşqçi-müəllimi Aslan Ağayev yetirməsinin fərdi qabiliyyətinin yüksək olduğunu və gələcək yarışlarda da ümidləri doğruldacağına inamını ifadə edib.

Azər MUSTAFAYEV