Turnirdə mükafatlandırılıblar


Baxıldı : 72

Tarix : 2019-11-15 18:28:45


Noyabrın 12-də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Qazax Rayon Komitəsinin tabeliyində olan idarə və müəssisələrdə çalışan işçilər arasında 12 Noyabr - Konstitusiya Gününə həsr olunmuş dama idman növü üzrə turnir keçirilib. Yarış MİHİ Qazax Rayon Komitəsinin təşkilatçılığı və Qazax Rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə baş tutub.

Turnir öncəsi MİHİ Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov və Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək iştirakçıları 12 Noyabr - Konstitusiya Günü münasibətilə təbrik edib, onlara yarışda uğurlar arzulayıblar.

Yarışın yekun nəticəsinə görə, Qazax şəhər 2 nömrəli uşaq musiqi məktəbinin müəllimi F.İsmayılov birinci yeri, Qazax Rayon Gənclər və İdman İdarəsinin UGİM-in məşqçi-müəllimi N.Hüseynov ikinci yeri, Qazax Dövlət Dram Teatrının rəssamı A.Məmmədov üçüncü yeri tutublar. Qazax Rayon Gənclər və İdman İdarəsinin UGİM-in direktoru R.Namazov və Qazax şəhər 1 nömrəli uşaq musiqi məktəbinin müəllimi O.Piriyev yarışda fərqləniblər.

Qalib və fərqlənənlər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.