Turnirin qalibi


Baxıldı : 134

Tarix : 2019-01-07 05:00:59


Dekabr ayının 22-də AAAF Park Yaşayış Kompleksinin yarış zalında Azərbaycanın Əməkdar Məşqçisi, Beynəlxalq dərəcəli hakim Hacıbaba Əskərovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə Respublika turniri keçirilib. Şəxsi xarakter daşıyan yarışda qadın və kişi ağır atletlər, həmçinin ustadlar iştirak edib, qaliblər Sinkleyr cədvəli əsasında müəyyən edilib. Kişilərin mübarizəsində “Spartak” İdman Cəmiyyətinin yetirməsi Nailxan Nəbiyev gözəl çıxış nümayiş etdirərək turnirin qalibi adını qazanıb. O, toplam 318 kq. (140+178) nəticə və 359.78 xalla qızıl medal əldə edib.

Qalib və mükafatçılara müvafiq dərəcəli diplom, medal və xatirə hədiyyələri təqdim olunub.