Uşaqların sevimli qidası


Baxıldı : 250

Tarix : 2015-10-17 00:48:00


\ Halal kolbasa, sosiska\ termini son vaxtlar cəmiyyətimizdə geniş yayılıb. Hətta ölkəmizdə \ halal\ kolbasa ilə bağlı dövlət standartı qəbul olunub. Artıq bir müəssisə məhsulları bu standarta uyğun gəldiyi üçün sertifikat da alıb. \ Halal\ dedikdə nəyi başa düşürük? \ Halal\ ı hansı meyarlarla müəyyənləşdiririk? Bakı, bölgə mağazalarında satılan kolbasa məmulatları standartlara, onun tərkibi tibbi nöqteyi-nəzərdən tələblərə nə dərəcədə cavab verir?Müxbirimiz ekspertlərlə bu sualların cavabını araşdırmışdır. Məsələyə münasiibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, bu sahədə problemlər qalmaqdadır: \ Halal mal bütün dinlər tərəfindən qəbul olunan məhsuldur. Çünki belə məhsullar ekoloji cəhətdən təmiz hesab olunur. Eyni zamanda bu ad altında məhsul istehsalı həm də gəlirli bir biznesdir. Statistik məlumatlara görə, hazırda bütün dünya ölkələri halal mala ildə külli miqdarda vəsait xərcləyir. Demək, halallıq həm dini, həm iqtisadi, həm də siyasi məsələdir. \ Halal\ lıq təkcə kolbasanın tərkibində donuz ətinin olub-olmaması ilə bağlı olmamalıdır. Burda bir tələb var ki, heyvanın başına bıçaq bir dəfə çəkilməlidir. Heyvanı 18 yaşına çatmış müsəlman gənc kəsməlidir. Heyvanı heyvanın yanında kəsmək olmaz. Hətta indi heyvan kəsimi üçün müasir metodlar tətbiq olunur. Həmin metodlarda belə istifadə olunan elektrik gərginlik üçün norma var. Bunların hamısının gözlənilməməsi harama gətirən məsələdir”. Ekspertin sözlərinə görə, əhalinin yerli məhsullara üstünlük verməsi daha məqsədəuyğundur: \ Hazırda bazarda süni ətdən, süni zülaldan, kartofdan, kartof qabığından hazırlanmış normal kolbasa dadı verən kolbasalar da var. Onlar əsasən xaricdən gətirilən məhsullardır. Yerli məhsullar isə ekoloji cəhətdən daha təmizdir\ .Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov da o qənaətdədir ki, hazırda dünyada kolbasa və sosiska istehsalında süni məhsullardan daha çox istifadə olunur: \ Belə məhsulların istehsalında əvvəllər də yüksək keyfiyyətli ətdən o qədər də çox istifadə olunmurdu. Bu gün istehlakçıların daha çox üstünlük verdiyi Rusiya istehsalı olan kolbasaların da tərkibi süni ət, süni zülaldır. Sağlamlıq üçün isə insanlar təbii məhsullara üstünlük verməlidir. Çünki kolbasa və sosiskalar normal şəraitdə hazırlanmırsa, tərkibinə süni məhsullar, cürbəcür rənglər vurulursa, bunun fəsadları ola bilər\ . Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirirlər ki, ölkəmizdə ət məhsullarının istehsalı ən inkişaf etmiş sahələrdən biridir: \ Bəzən kolbasa və sosiskaların tərkibi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılır. Komitə də bu istehsal sahələrində mütəmadi olaraq monitorinq keçirərək vəziyyəti nəzarətdə saxlamağa çalışır. Aşkarlanan nöqsanların aradan qaldırılması üçün tapşırıqlar verilir\ .Xalid