Uçuşların təhlükəsizliyi kompleks həllini tapır


Baxıldı : 177

Tarix : 2015-01-17 13:05:00


\ Azalaqro\ Yevlax Hava Limanında uçuşların təhlükəsizliyinin yüksək səviyyədə təminatı müxtəlif istiqamətlərdə kompleks həllini tapır. Onlar həm texniki, həmçinin kadr hazırlığında hər bir aviasiya işçisinin mənəvi və işgüzarlıq keyfiyyətini əhatə edir.Uçuşların təhlükəsizliyinin və aviasiya texnikasının etibarlığının yüksəldilməsi, hava gəmilərinə texniki xidmətin keyfiyyətinin yaxşılaşdırılması, həmçinin yeni texniki vasitələrin hazırlanması və istismar qaydaları istiqamətində ardıcıl olaraq keçirilir.Limanımızda yenidənqurma işləri nəticəsində 2520 metr uzunluğunda, 40 metr enində yeni uçuş yenmə zolağı, 345 metr uzunluğunda, 25 metr enində yeni asfalt-beton örtüklü yönəldici yol, 30,8 min kvadratmetr olan yeni asfalt-beton örtüklü perron, fasiləsiz olaraq bütün sahələri enerji ilə təmin edən elektrik yarımstansiyası, müasir standartlara cavab verən işıq siqnal sistemi avadanlığı, aerovağzal kompleksi və inzibati bina tikilib istifadəyə verilmişdir. Bir çox iritutumlu təyyarələri qəbul etmək gücündə olan Yevlax Hava limanı sərnişindaşımaları ilə yanaşı, ölkəmizdə kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaqdır.Müharib İBRAHİMOV,\ Azalaqro\ Yevlax Aviasiya Şirkətinin HİK sədri