Üç qızıl medal


Baxıldı : 45

Tarix : 2018-06-09 01:55:13


“Sərhədçi” Olimpiya İdman Kompleksində 23 yaşadək cüdoçular arasında keçirilən Bakı şəhər açıq birinciliyinin qalibləri məlum olub. Qaliblər arasında “Atilla” İdman Klubunun yetirmələri də var. Qızlar arasında keçirilən yarışda  Şəfəq Həmidova (48 kq.) və Nərmin Əmirli (78 kq.) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Oğlanlar arasında keçirilən yarışda isə Cəfər Əkbərli (+ 100 kq.) qızıl medal qazanıb.

Qalib və mükafatçılara Azərbaycan Cüdo Federasiyası, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin diplom və medalları verilib.

 Azər MUSTAFAYEV