“Üçrəngli bayrağımız qürur mənbəyimizdir”


Baxıldı : 26

Tarix : 2018-11-08 06:40:27


Müstəqilliyimizin müqəddəs rəmzi olan  9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə  noyabrın 5-6-da Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin təşkilatçılığı ilə 10 nömrəli şəhər tam orta məktəbinin idman zalında orta ixtisas, texniki-peşə təhsili müəssisələrində təhsil alan tələbə oğlan və qızlardan ibarət komandalar arasında voleybol yarışları  keçirilmişdir.

Yarışda 10 komanda iştirak etmişdir. Hakimlər  heyətinin rəyinə əsasən, qızlar arasında Şəki Dövlət Regional Kollecinin 3-cü komandası I yerə,1-ci komandası II yerə, 2-ci komandası III yeri tutmuşlar. Şəki 1 nömrəli peşə məktəbinin və Şəki Dövlət Texniki Kollecinin komandaları isə həvəsləndirici yerlərə layiq görülmüşdür.

Oğlanlar arasında keçirilən yarışda isə I yerə Şəki Dövlət Regional Kollecinin 1-ci komandası, II yerə Şəki Dövlət Regional Kollecinin 2-ci komandası, III yerə Şəki Dövlət Regional Kollecinin 3-cü komandası çıxmışdır. Şəki Dövlət Texniki Kollecinin və Şəki 1 nömrəli peşə məktəbinin komandaları həvəsləndirici mükafatlar almışlar.

Yarışda qalib gəlmiş komandalara Rayon Komitəsinin Fəxri Fərman və hədiyyələri təqdim edilmişdir.