Üçüncü yeri tutub


Baxıldı : 71

Tarix : 2019-03-07 05:27:54


Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə start verilib. Boks Mərkəzində 2003-2004-cü il təvəllüdlü boksçular arasında keçirilən birinciliyə 50-yə yaxın komandanın heyətində 268 idmançı qatılıb. Yarışda 13 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib. Ölkə birinciliyində mübarizə aparan “Məhsul” İdman Cəmiyyətinin yetirməsi Elvin Həziyev (80 kq.) üçüncü yeri tutub.