Ucuz və keyfiyyətli məhsullar satışa çıxarılacaq


Baxıldı : 89

Tarix : 2017-03-04 03:54:44


Novruz bayramı ilə əlaqədar Bakının bəzi yerlərində çadırlar qurulub. Bayram çadırları əsasən insanların sıx olduğu yerlərdə və metrostansiyaların yaxınlığında yerləşir.

Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti tərəfindən çadırların qurulmasında məqsəd pərakəndə satışın qarşısını almaqdır.

Yarmarkalarda mağazalara nisbətən ucuz və keyfiyyətli məhsulların satışa çıxarılacağı deyilir.