Üç boksçumuz fərqlənib


Baxıldı : 159

Tarix : 2019-06-07 13:02:08


Mayın 15-19-da Rusiya Federasiyasının Ryazan şəhərində Böyük Vətən müharibəsində Qələbəyə həsr olunmuş boks üzrə beynəlxalq turnir keçirilib. Yarışda Rusiyanın müxtəlif bölgələrindən 150-dək idmançı, eləcə də Almaniya və Azərbaycan boksçuları iştirak ediblər.

Turnirdə ölkəmizi təmsil edən “Zenit” İdman Cəmiyyətinin dəri əlcək ustaları da mükafatçılar sırasına düşüblər. Arif Məmmədli (50 kq.), Cabir Mirzəzadə (63 kq.) və Kərim Şəmiyev (70 kq.) üçüncü yeri tutublar. Məşqçi-müəllimlər Ceyhun Rüstəmov və Təvəkkül Məmmədov yetirmələrinin yarışda çıxışının onların təcrübələrinin artırılması baxımımdan önəmli olduğunu deyiblər.