UEFA bütün avrokubok turnirlərinin müvəqqəti dayandırıldığını açıqlayıb


Baxıldı : 53

Tarix : 2020-03-14 17:24:00


Martın 12-də Avropa Futbol Federasiyaları Assosiasiyası (UEFA) avrokuboklarla bağlı yeni məlumat yayıb.

UEFA-dan verilən məlumata görə, koronavirusun yayılması ilə əlaqədar bütün avrokubok turnirləri müvəqqəti olaraq dayandırılıb.

Xatırladaq ki, daha əvvəl koronavirus pandemiyası üzündən İtaliya və İspaniya çempionatları dayandırılıb. Bir sıra ölkələrin çempionatlarının oyunları azarkeşsiz keçirilir.