“ÜMİD YERİ" uşaq evini ziyarət etmişlər


Baxıldı : 239

Tarix : 2017-12-27 19:00:04


Dekabrın 22-də Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutunun kollektivi Bakının Binə qəsəbəsində yerləşən "ÜMİD YERİ" uşaq evini ziyarət etmişdir. İnstitutun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli uşaq evinin rəhbəri ilə görüşərək onların gündəlik qayğıları ilə maraqlanmışdır. Ziyarətçilər körpələrin hazırladıqları əl işləri ilə tanış olmuşlar. Bu işlər arasında rəsmlər, konstrukturlar, gəlinciklər və s. oyuncaqlar var. Daha sonra görüş körpələrlə birlikdə yeni il, bayram sovqatı ilə bəzədilmiş süfrə arxasında davam etmişdir.

Görüş institutun həmkarlar ittifaqı komitəsinin təşkilatçılığı və maliyyə dəstəyi ilə baş tutmuşdur.

Bəyalı RZAYEV