Ümumdünya Layiqli İş Günü:  Bərpa və davamlılığa dair yeni sosial müqavilə


Baxıldı : 70

Tarix : 2020-10-10 11:42:04


Yeni sosial müqavilə qlobal iqtisadiyyatın bərpasını təmin etmək, mövcud pandemiya problemlərini, iqlim dəyişikliyini və bərabərsizliyi həll etmək məqsədilə lazım olan sabitliyi yaratmaq üçün vacibdir.
Hər il olduğu kimi, bu il də oktyabrın 7-si Ümumdünya Layiqli İş Günü kimi qeyd olunur.  2008-ci ildən etibarən milyonlarla insan Ümumdünya Layiqli İş Günü ilə bağlı tədbirlərdə iştirak edib. Bu il yenidən dünya səfərbərliyə cəlb olunub. Bütün dünyanın həmkarlar ittifaqları layiqli iş uğrunda mübarizə aparır. 
İqtisadi artımı bərpa etmək və insanları ilk pillədə saxlayan yeni bir qlobal iqtisadiyyat qurmaq üçün layiqli iş hökumətin fəaliyyət mərkəzində olmalıdır.
Pandemiyanın səhiyyə, məşğulluq, gəlir və gender bərabərliyinə təsiri daha çox fəlakətlidir. Dünya artıq parçalanıb və qloballaşmanın dərin səhv  modeli isə kök salmış bərabərsizliyə və işçilərin müdafiəsizliyinə səbəb olub. Yeni sosial müqavilə COVID-19-un nəticələrindən qurtulmaq üçün yolun müəyyənləşdirilməsində, eləcə də  ümumi rifah və dayanıqlı iqtisadiyyatın qurulmasında mərkəzi rol oynayır. 
Bu il, bir çox yerlərdə insanların tədbirlərdə fiziki olaraq toplanması virusun yayılma riski səbəbindən mümkün olmayacaq. Bununla yanaşı, pandemiyanın başlanğıcından bəri həmkarlar ittifaqları virtual fəaliyyət və sürətli ünsiyyət üçün texnologiyadan istifadə etməklə yeni zirvələrə çatmışdır. Bu, 2020-ci ildə Ümumdünya Layiqli İş Gününün əsas elementi olacaq.