“Ümummilli lider Heydər Əliyev və qadın siyasəti"


Baxıldı : 45

Tarix : 2017-12-15 22:10:55


 

Mərkəzi Univermağın Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə "Ümummilli lider Heydər Əliyev və qadın siyasəti" mövzusunda yığıncaq keçirilmişdir.

Yığıncaqda univermağın işçiləri, eləcə də "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının Səbayel, Yasamal, Nəsimi və Suraxanı rayon komitələrinin gender bərabərliyi və qadın problemləri üzrə komissiyalarının üzvləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə Federasiyanın I vitse-prezidenti Sadət Tahirova açmışdır. Demişdir ki, Azərbaycanda qadın problemləri ilə bağlı dövlət siyasətinin banisi ümummilli lider Heydər Əliyevdir. Məhz onun ikinci dəfə hakimiyyətə qayıdışından sonra qadınların hüquqlarının müdafiəsinə yönəlmiş bir çox fərman və sərəncamlar imzalandı. 1998-ci il yanvarın 14-də indiki Qadın və Ailə Problemləri üzrə Dövlət Komitəsi təsis olundu.

Ümummilli liderin siyasi kursunu layiqincə həyata keçirən Respublika Prezidenti cənab İlham Əliyev ölkənin ictimai-siyasi həyatında qadınların iştirakına böyük diqqət yetirir. Mən Azərbaycanın I vitse-prezidenti Mehriban xanım Əliyevanın zərif cinsin nümayəndələrinin elm, mədəniyyət və sair sahələrdə uğurlar qazanması naminə göstərdiyi qayğını xüsusi qeyd etmək istərdim.

S.Tahirova dedi ki, Federasiyanın fəaliyyətində də gender bərabərliyi məsələləri önəmli əhəmiyyət daşıyır. Qadın problemləri üzrə komissiyaların və onların üzvlərinin sayı ildən-ilə artır. Bu komissiyaların qarşısında qoyulan vəzifələr kifayət qədər əhatəlidir. Onlar uşaq və gənclərin sağlam, vətənpərvər ruhda böyümələri, istedadlı uşaqların üzə çıxarılması, erkən nikahların, narkomaniyanın ləğvi istiqamətində səmərəli işlər aparırlar.

Tədbirdə digər çıxışlar da oldu.

Bəyalı RZAYEV