Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi yad edildi


Baxıldı : 187

Tarix : 2017-12-15 22:18:32


Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından on dörd il keçib. Azərbaycan dövlətçiliyinin xilaskarı, Heydər Əliyevin vəfatından ötən illər ərzində görkəmli şəxsiyyətin, əbədiyaşar Prezidentimizin məzarı xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib. Dekabrın 12-də Azərbaycan həmkarlar ittifaqlarının kollektivi Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, ulu öndərin məzarı önünə tər çiçəklər düzüb.