Üzərimizə düşən vəzifəni  mümkün qədər yerinə yetiririk


Baxıldı : 38

Tarix : 2020-10-17 14:41:19


 

Bu günlər fəaliyyətlərində “hər şey cəbhə üçün” prinsipinə əsaslanan bütün ictimai təşkilatlar, o cümlədən  həmkarlar ittifaqları, istər maddi, istər mənəvi, istərsə də psixoloji olaraq, Azərbaycan Ordusunun yanındadır.  Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda gedən mübarizəyə  Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin xidmətində olan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Həmkarlar İttifaqı Komitəsi də dəstəyini əsirgəmir. Akademiyanın nümayəndələri və Komitənin sədri Yusif Babanlı  cəbhə bölgəsindəki “N” saylı hərbi hissəyə yola düşərək, əsgərlərimizlə görüşüblər. Vəziyyətlə yerində tanış olan əməkdaşlar 300 əsgərə hədiyyələr təqdim etdi. Bundan başqa, Akademiya tərəfindən  orduya avtomobil hədiyyə edildi.