Uğurla nəticələnən kampaniya


Baxıldı : 77

Tarix : 2017-05-05 22:34:36


İndustriALL Qlobal İttifaqının bir müddət əvvəl Banqladeşdə həmkarlar ittifaqı fəallarının həbs olunmasına qarşı  başlatdığı kampaniya uğurla nəticələnib. 1 May-Beynəlxalq Əmək Günü münasibətilə təşkil olunan tədbirdə iştirak edən İndustriALL-ın baş katibi Valter Sançez hökumət və işəgötürənlərlə üçtərəfli müqavilə bağladıqları üçün yerli həmkarlar ittifaqı təşkilatlarını təbrik edib.  V.Sançez, ittifaqın katibi Cenni Kofman və yerli həmkarlar ittifaqı təşkilatlarının liderləri işçilərin hüquqlarının qorunmasında həmkarlar ittifaqlarının rolunun vacibliyini və onlara beynəlxalq qurumlardan dəstək verilməsini diqqətə çatdırdılar.

Baş katib "Akkord"  fabrikini ziyarət  edərək  sosial münasibətlərin inkişaf etdirilməsində həm həmkarlar ittifaqı təşkilatı nümayəndələrini, həm də fabrikin idarə heyətini təbrik edib.

V.Sançez bundan başqa Beynəlxalq Əmək Təşkilatının Banqladeşdəki nümayəndəliyinə baş çəkib, Geyim İstehsalı Birliyi üzvlərini ziyarət edib, ölkənin əmək naziri ilə görüşərək bir sıra sahələrdə həmkarlar ittifaqı təşkilatlarının hüquq və fəaliyyətinin genişləndirilməsinə imkan yaradılmasının vacibliyini diqqətə çatdırıb.

Cavid SƏFƏROV