Uğurların əsasında dövlət qayğısı durur


Baxıldı : 93

Tarix : 2018-02-03 22:24:02


“Azərbaycan gəncləri müstəqilliyimizin bərpasından sonra potensialını açmaq, dünya arenasında özünü olduğu kimi tanıtmaq imkanı qazandı. Dövlətimizin dəstəyi ilə gənclərimiz istər elm, istər idman, istərsə də mədəniyyət sahəsində uğurlar qazanmaqdadır”.

Bu sözlər Dövlət Miqrasiya Xidmətində 2 Fevral - Gənclər Günü münasibətilə təşkil olunmuş yığıncaqda səsləndi. Xidmətin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə 70 nəfərə yaxın gənc iştirak edirdi.

Gənclər qarşısında çıxış edən HİK sədri Qaratel Hacıyeva bildirdi ki, MDB məkanında ilk dəfə Azərbaycanda Gənclər Günü təsis olunmuşdur. Onun ümumxalq bayram günü kimi qeyd olunması gənclərimizə dövlətimizin qayğısının təzahürüdür. Hörmətli Prezidentimiz cənab İlham Əliyev gənclərlə bağlı bir neçə dövlət proqramı imzalamışdır. Ayrıca Gənclər Fondu yaradılmışdır.

Həmkarlar ittifaqı işçisi olduğum üçün iftixarla bir faktı da qeyd etmək istəyirəm. Dövlətimizlə yanaşı, gənclərin ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakının təmin edilməsi, sosial hüquqlarının qorunması işinə Azərbaycan həmkarlar ittifaqları da öz töhfəsini verir.

Tədbirdə Xidmətin Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin rəisi, general Vahid Qəhrəmanov da çıxış etmişdir.

Sonda bir qrup gəncə HİK-in Fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur.