Uğurlarını davam etdirir


Baxıldı : 68

Tarix : 2017-11-17 21:52:48


Montaneqronun paytaxtı Podqoritsa şəhərində cüdo üzrə U-23 Avropa birinciliyi keçirilib.

Yarışın ilk günü Azərbaycan milli komandasının üzvləri 2 medal qazanıblar.

Gənc cüdoçularımızdan 60 kq. çəki dərəcəsində ölkəmizi təmsil edən Kəramət Hüseynov və 52 kq. çəki dərəcəsində mübarizə aparan Nəzakət Əzizova Avropa birinciliyinin bürünc medallarına sahib olublar.

Qeyd edək ki, "Zenit" İdman Cəmiyyətinin yetirməsi olan Kəramət Hüseynov qazandığı bu mükafatla beynəlxalq turnirlərdə uğurlu çıxışını davam etdirir.  

Azər MUSTAFAYEV